Müshəfdə 99 nömrəli surə, 8 ayə, 599 nömrəli səhifədən başlayır.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
1. Yer titrəyib lərzəyə gələcəyi zaman;
2. Yer öz yükünü bayıra atacağı
3. və insan: “Ona (yerə) nə olub?”– deyəcəyi zaman –
4. həmin gün yer öz xəbərlərini söyləyəcəkdir.
5. Çünki Rəbbin ona belə vəhy etmişdir.
6. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün (qəbirlərindən) dəstə-dəstə çıxacaqlar!
7. Kim zərrə qədər xeyir bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir.
8. Kim də zərrə qədər şər bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir.
Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)
Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.