Tartil loqosuTartilCanlı radio

əl-Adiyat surəsi: mətn və mənaların tərcüməsi

Müshəfdə 100 nömrəli surə, 11 ayə, 599 nömrəli səhifədən başlayır.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ əz-Zəlzələ surəsiəl-Qariə surəsi ›

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

1. And olsun tövşüyərək qaçan atlara!

2. And olsun (dırnaqları ilə) qığılcım çıxaran atlara!

3. And olsun sübh çağı həmlə edən atlara.

4. (Hücuma keçərək) tozanaq qaldıran atlara.

5. Onunla (tozanaqla) dəstənin içərisinə soxulan atlara.

6. Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur.

7. O özü də buna şahiddir.

8. Həqiqətən o, xeyirə (var-dövlətə) çox hərisdir.

9. Məgər o bilmir ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı

10. və sinələrdə (qəlblərdə) olanlar aşkar ediləcəyi zaman –

11. O gün Rəbbi onlardan xəbərdardır.

Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)

Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ əz-Zəlzələ surəsiəl-Qariə surəsi ›