Müshəfdə 106 nömrəli surə, 4 ayə, 602 nömrəli səhifədən başlayır.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
1. Qureyşin birliyi xatirinə,
2. onların qış və yay səfərlərindəki birliyi xatirinə
3. onlar bu Evin Rəbbinə ibadət etsinlər.
4. O Allah ki, onlara aclıqdan (sonra) yemək verdi və qorxudan (sonra) əmin-amanlıq bəxş etdi.
Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)
Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.