Müshəfdə 107 nömrəli surə, 7 ayə, 602 nömrəli səhifədən başlayır.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
1. (Ey Peyğəmbər!) Dini (hesab gününü) yalan sayan kimsəni gördünmü?
2. O elə kimsədir ki, yetimi qovar
3. və (heç kəsi) miskini yedirtməyə təşviq etməz.
4. Vay halına namaz qılanların –
5. o kəslərin ki, onlar namazlarında səhlənkardırlar.
6. Onlar (namazlarında) riyakarlıq edərlər
7. və kiçik bir şeyi verməkdən belə imtina edirlər.
Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)
Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.