Tartil loqosuTartilCanlı radio

əl-Fatihə surəsi: mətn və mənaların tərcüməsi

Müshəfdə 1 nömrəli surə, 7 ayə, 1 nömrəli səhifədən başlayır.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyunəl-Bəqərə surəsi ›

1. Mərhəmətli və Rəhmli Allahın adı ilə!

2. Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur –

3. Mərhəmətli və Rəhmli olana,

4. Din gününün Sahibinə!

5. Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.

6. Bizi doğru yola yönəlt!

7. Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!

Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)

Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyunəl-Bəqərə surəsi ›