Tartil loqosuTartilCanlı radio

əl-Ələq surəsi: mətn və mənaların tərcüməsi

Müshəfdə 96 nömrəli surə, 19 ayə, 597 nömrəli səhifədən başlayır.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ ət-Tin surəsiəl-Qədr surəsi ›

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

1. (Ey Peyğəmbər!) Yaradan Rəbbinin adı ilə oxu!

2. O, insanı qan laxtasından yaratdı.

3. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir.

4. O, qələmlə (yazmağı) öyrətdi.

5. İnsana bilmədiklərini öyrətdi.

6. Xeyr! İnsan, doğrudan da, həddini aşır –

7. özünün ehtiyacsız olduğunu gördükdə.

8. Şübhəsiz dönüş ancaq Rəbbinədir.

9. Mane olan kimsəni (Əbu Cəhli) gördünmü?

10. Bir bəndəyə (Muhammədə) namaz qıldığı zaman?

11. Söylə görək, əgər o (bəndə) doğru yoldadırsa,

12. yaxud təqvanı əmr edirsə?

13. Söylə görək, əgər o (kafir haqqı) yalan sayıb üz döndəribsə?

14. Məgər o, Allahın (onu) gördüyünü bilmirmi?!

15. Xeyr! Əgər (o pis əməlinə) son qoymasa, Biz onun kəkilindən tutub (Cəhənnəmə) sürükləyəcəyik –

16. yalançı, günahkar kəkilindən.

17. Qoy öz tərəfdarlarını (köməyə) çağırsın.

18. Biz də zəbaniləri (əzab mələklərini) çağıracağıq.

19. Xeyr, sən ona tabe olma! Səcdə et və (Allaha) yaxınlaş!

Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)

Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ ət-Tin surəsiəl-Qədr surəsi ›