Müshəfdə 94 nömrəli surə, 8 ayə, 596 nömrəli səhifədən başlayır.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
1. (Ey Peyğəmbər!) Məgər Biz sənin üçün sinəni (qəlbini) açıb genişlətmədikmi?
2. Yükünü səndən götürmədikmi? (Yaxud: Günahlarını bağışlamadıqmı?)
3. (Elə bir yük ki) belini bükmüşdü.
4. Biz sənin ad-sanını ucaltmadıqmı?
5. Şübhəsiz ki, çətinliklə bərabər bir asanlıq vardır.
6. Əlbəttə ki, çətinliklə bərabər bir asanlıq vardır.
7. (İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!
8. (Yalnız) Rəbbinə üz tut!
Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)
Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.