Müshəfdə 113 nömrəli surə, 5 ayə, 604 nömrəli səhifədən başlayır.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
1. (Ey Peyğəmbər!) De: “Sığınıram sübhün Rəbbinə!
2. Xəlq etdiklərinin şərindən,
3. zülməti çökən gecənin şərindən,
4. düyünlərə üfürən (cadugər) qadınların şərindən
5. və həsəd apardığı zaman paxılın şərindən!”
Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)
Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.