Tartil loqosuTartilCanlı radio

Əbəsə surəsi: mətn və mənaların tərcüməsi

Müshəfdə 80 nömrəli surə, 42 ayə, 585 nömrəli səhifədən başlayır.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ ən-Naziat surəsiət-Təkvir surəsi ›

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

1. (Peyğəmbər) qaşqabağını tökdü və üz çevirdi –

2. yanına kor (Abdullah ibn Ümmi-Məktum) gəldiyinə görə.

3. (Ey Muhamməd!) Nə bilirsən, bəlkə o (günahlardan) təmizlənəcəkdi

4. yaxud öyüd dinləyib və bu öyüd ona fayda verəcəkdi!

5. (Öyüd-nəsihətinə) ehtiyacı olmayana gəlincə isə,

6. sən ona tərəf çevrilirsən.

7. Onun (günahlardan) təmizlənməməsinin sənə bir aidiyyəti yoxdur.

8. Amma tələsərək sənin yanına gələn,

9. (Allahdan) qorxan kimsəyə gəlincə,

10. sən ona məhəl qoymursan!

11. Xeyr (Bir daha belə etmə)! Şübhəsiz ki, bu (ayələr), bir öyüd-nəsihətdir.

12. Kim istəsə, ondan öyüd-nəsihət alar.

13. (Bu Quran) möhtərəm səhifələrdədir.

14. uca və pak (səhifələrdə).

15. (Bu səhifələr) elçilərin (mələklərin) əllərindədir.

16. möhtərəm və müti olan (mələklərin əllərində).

17. Ölsün (kafir) insan! O necə də nankordur!

18. (Qoy baxsın), Allah onu nədən yaratdı?

19. (Allah) onu nütfədən yaratdı və onu müəyyən şəklə saldı.

20. Sonra onun yolunu asanlaşdırdı.

21. Sonra onu öldürüb qəbirə saldı.

22. Sonra da istədiyi vaxt onu (yenidən) dirildəcəkdir.

23. Xeyr! O, hələ də (Allahın) ona buyurduğunu yerinə yetirməmişdir.

24. Qoy insan yediyinə baxsın!

25. Biz yağışı bol-bol yağdırdıq.

26. Sonra da yeri çat-çat yardıq.

27. Orada dən yetişdirdik.

28. (Habelə) üzüm və yonca,

29. zeytun və xurma (ağacları),

30. sıx-sıx bağlar,

31. meyvələr və otlar da (bitirdik).

32. Sizin və heyvanlarınızın faydalanması üçün.

33. Qulaqları kar edən səs gələndə –

34. o gün insan qaçacaq öz qardaşından,

35. anasından, atasından,

36. həyat yoldaşından və övladlarından!

37. O gün onlardan hər birinin yetərincə işi olacaqdır.

38. O gün (neçə-neçə) üzlər parlayacaq.

39. Güləcək və fərəhlənəcək.

40. O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq.

41. Onları zülmət bürüyəcək.

42. Məhz onlar kafirlər, günahkarlardır!

Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)

Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ ən-Naziat surəsiət-Təkvir surəsi ›